
Yanvarın 21-dən Bakı-Sumqayıt istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin “İnstagram” səhifəsində məlumat yayılıb.
Məlumata görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.
Qeyd edək ki, hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.
Tətbiqimizi yükləyə bilərsiniz