“PSJ” Mbappeyə 400 milyon avro təklif etdi


Fransanın “PSJ” klubu komandanın fransalı hücumçusu Kiliana Mbappeyə ümumi məbləği 400 milyon avro olan 4 illik yeni müqavilə təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RMC Sport”un şərhçisi və “After Foot” proqramının aparıcısı Stefan Qi məlumat verib.
“Təsdiq edə bilərəm ki, əgər hər şey pulla bağlıdırsa, anasının dediyi kimi, “PSJ” rəqabətdən kənardadır. Çünki “PSJ” Mbappeyə dörd il ərzində 400 milyon avro təklif etdi. Əgər “Envoyé Spécial” sənədli filminə inansaq, Kilian reklam ödənişləri də daxil olmaqla, bütün gəlir mənbələri nəzərə alınmaqla indi 100 milyon avro qazanır. “PSJ” isə ona təkcə maaş olaraq 100 milyon təklif etməyə hazırdır”, - şərhçi bildirib.
Qeyd edək ki, Mbappe “Monako”dan sonra “PSJ”də 2018-ci ildən çıxış edir. Paris klubu ilə müqavilə 2024-cü ilin yayında başa çatır. Ona görə də, futbolçu artıq “Real Madrid”lə danışıqlar aparır. Hətta mətbuat yanvarın 8-də forvardın İspaniya klubuna transferi ilə bağlı ilkin razılığa gəldiyini bildirir.
Xatırladaq ki, bu mövsüm Mbappe “PSJ”nin heyətində bütün turnirlərdə 25 matçda iştirak edib, 26 qol vurub və 3 məhsuldar ötürmə verib. Oktyabrın sonunda Mbappe “Qızıl top” üçün səsvermədə müvafiq olaraq “Mançester Siti”dən Erlinq Holana və “İnter Mayami”dən Lionel Messiyə uduzaraq üçüncü olub.
“PSJ” çempionat cədvəlində 43 xalla birinci yeri tutur.

DİGƏR XƏBƏRLƏR

Top