Ötən il Azərbaycandan Fransaya satılan neft 4,3 dəfə artıb – Rəsmi


Yola saldığımız 2023-cü ildə Azərbaycan Fransaya ümumi dəyəri 188 milyon 638 min 770 dollar olan 199 min 6,7 ton xam neft satıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki illə müqayisədə Fransaya ixrac etdiyimiz xam neft 4,3 dəfə artıb.
Belə ki, 2022-ci ildə  Azərbaycan Fransaya ümumi dəyəri 43 milyon 447 min dollar olan 46 min 244 ton xam neft satıb.
Fransaya satdığımız xam neftin 1 tonunun gömrük dəyəri 948 dollar olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top