
Ötən ilin oktyabrından bəri ABŞ-nin Suriya və İraqdakı hərbi bazaları təxminən 140 dəfə hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx bildirib.
“İraq və Suriyada ABŞ əsgərlərinə indiyədək 140-a yaxın hücum olub. İraqda 57, Suriyada isə 83 hücum baş verib”, - deyə Sinqx bildirib.