Qəzzada 800 mindən çox fələstinli aclıqdan əziyyət çəkir – HƏMAS


“Qəzza zolağında İsrailin təcavüzkar hərəkətləri nəticəsində 800 mindən çox fələstinli aclıq içərisində yaşayır” ​​​​​​.
Yeniavaz.com
xəbər verir ki, bu açıqlama ilə HƏMAS hərəkatının rəhbərliyinin üzvü Usamə Həmdan təşkilatın “Telegram” kanalında çıxış edib.
“İsrail Qəzza zolağında 2 milyondan çox Fələstin vətəndaşına qarşı aclıq və susuzluqdan istifadə edərək sistematik müharibə aparmaqda davam edir”, - Həmdan deyib.
“Qəzza zolağında 800 mindən çox fələstinli hazırda əsl aclıq şəraitində yaşayır, İsrail isə normal həyat üçün lazım olan yardım, ərzaq, yanacaq, qaz və ləvazimatların axınına mane olur”, - Həmdan qeyd edib.
Onun sözlərinə görə, Qəzza zolağında məcburi köçkünlər də yeməksiz, susuz və dərmansız əsl faciə yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top