Sumqayıtda kollecin yataqxanası yanıb – Video


Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, gecə saatlarında baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-dən bildirilib ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb və təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Bir müddət sonra isə FHN yanğının söndürülməsi barədə məlumat yayıb.
Yanğının baş verdiyi yataqxananın şəhərin ərazisində yerləşən kollecə məxsus olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top