
Məşhur amerikalı aktyor, Kaliforniy ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger Münhen hava limanında qaçaqmalçılıq yolu ilə bahalı saat keçirmək istəyərkən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Bildirilib ki, Şvartsenegger Kitzbüheldə keçirilən Dünya İqlim Sammiti konfransına gedərkən dəbdəbəli İsveçrə brendi “Audemars Piguet” brendinə məxsus saatı da satmaq məqsədi ilə aparıb.
“Bu saat xüsusi olaraq aktyor üçün hazırlanıb. O, saatı hərracda təxminən 20 min avroya satmaq niyyətində olub”, - nəşr yazıb.
Münhen Gömrük İdarəsinin sözçüsü Tomas Meister bildirib ki, aktyor saatı ölkəyə gətirərkən bəyan etməli idi:
“Biz Arnold Şvartseneggeri vergidən yayınma şübhəsi ilə araşdırırıq”.
Tətbiqimizi yükləyə bilərsiniz