ABŞ “Ənsar Allah”ı yenidən terror təşkilatları siyahısına saldı


ABŞ Yəmənin üsyançı hərəkatı “Ənsar Allah”ı (Husilər) yenidən terror təşkilatları siyahısına salıb.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlər üçün xüsusi brifinqdə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, çoxsaylı xəbərdarlıqlara və diplomatik səylərə baxmayaraq, husilərin hücumları dayanmayıb:
“Bu davam edən və artan hücumlara cavab olaraq Birləşmiş Ştatlar daha çox husilər kimi tanınan “Ənsar Allah”ı yenidən terror təşkilatı kimi tanıyıb”, - deyə rəsmi bildirib.
Administrasiya sözçüsü qərarın 30 gün ərzində qüvvəyə minəcəyini vurğulayıb.
QEyd edək ki, keçmiş Amerika lideri Donald Trampın administrasiyası 2021-ci ilin yanvarında prezidentlik müddətinin sonunda “Ənsar Allah” hərəkatını terror təşkilatları siyahısına əlavə edib. Həmin ilin fevralında Co Bayden administrasiyası husiləri bu siyahıdan çıxarıb. ABŞ dövlət katibi Antoni Blinken bəyanatında qeyd edib ki, qərar humanitar səbəblərə görə verilib.

DİGƏR XƏBƏRLƏR

Top