
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Ali Baş Komandanı vəzifəsinə general Kirill Budanovu təyin etmək niyyətindədir .
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlər nazirinin keçmiş müavini Georgi Tuka “Newsroom” Yutub kanalına müsahibəsində bildirib.
Keçmiş rəsminin Ukrayna ordusunun və Xüsusi Əməliyyat Qüvvələrinin baş qərargahına yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Zelenski Ukrayna Silahlı Qüvvələrinin hazırkı baş komandanı Valeri Zalujnını əvəz etmək qərarına gəlib.
Tuka iddia edib ki, Zalujnının ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurasına keçirilməsi, onun yerinə hazırkı hərbi kəşfiyyat rəhbəri Kirill Budanovun təyin olunması planlaşdırılır. Tuka qeyd edib ki, Budanov onu Ukrayna müttəfiqlərinə yeni baş komandan kimi tanıtmaq üçün Davosdakı görüşlərə xüsusi olaraq aparılıb. Öz növbəsində, çox güman ki, Zalujnıya planlaşdırılan kadr dəyişiklikləri barədə artıq məlumat verilib.
Tətbiqimizi yükləyə bilərsiniz