
Qəzza zolağının şimalında döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) iki hərbçisi həlak olub.
Yeniavaz.com “Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, quru əməliyyatı başlayandan bəri ölən İsrail hərbçilərinin sayı 190-a çatıb. Fələstin-İsrail münaqişəsinin yeni gərginləşməsi başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı isə 525 olub.