ABŞ Suriyadakı hərbi bazasını boşaldır – KİV


ABŞ hərbçiləri yaraqlıların davam edən hücumları ilə əlaqədar Qamışlı şəhəri yaxınlığındakı (Dəməşqdən 700 km məsafədə yerləşir) Hemo bazasından şəxsi heyəti təxliyə edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bazada 350-yə yaxın amerikalı hərbçi yerləşdirilib. Baza Qamışlı hava limanından 4 km məsafədə yerləşir və ABŞ-nin Suriyadakı strateji əhəmiyyətli bazalarından biridir.
ABŞ rəsmiləri hələlik bu məlumatı təsdiqləməyib.
Qeyd edək ki, yanvarın 9-da ABŞ ordusunun sözçüsü Patrik Rayder bildirib ki, 2023-cü il oktyabrın 17-dən İraq və Suriyadakı ABŞ qüvvələri 127 dəfə hücuma məruz qalıb. Bu hücumlardan 52-si ABŞ-nin İraqdakı bazalarına, 75-i isə Suriyadakı bazalarına olub.

DİGƏR XƏBƏRLƏR

Top