
İlin əvvəlindən polis və jandarm bölmələrimizin keçirdiyi əməliyyatlarda terrorla əlaqəsi olan 465 nəfər saxlanılıb.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Türkiyə başçısı bildirib ki, şənbə günü keçirilən təhlükəsizlik iclasında mövcud vəziyyət qiymətləndirilib:
“Biz təhlükəsizlik bölmələrimizə yanında və ya arxasında kimin olmasından asılı olmayaraq, aşkar etdikləri bütün terror ünsürlərini məhv etmələri üçün göstəriş vermişik. Ölkəmizin terror dəhlizi ilə əhatə olunması ssenarisini sərhədyanı əməliyyatlarla məhv etdik.
Türkiyənin bir müddətdir qətiyyətlə həyata keçirdiyi terroru mənbəyində aradan qaldırmaq strategiyası ən çox bölgəmizdə terror təşkilatı qurmağı planlaşdıranları narahat edib. Biz sərhədyanı əməliyyatlarımızda nəinki cənub sərhədinin təhlükəsizliyinə zəmanət verdik, həm də ölkəmizin terror dəhlizi ilə əhatə olunmasının qarşısını aldıq”.
Tətbiqimizi yükləyə bilərsiniz