Rusiyada yumurtanın qiyməti 100 rubldan aşağı düşdü


Rusiyada yumurtanın qiyməti psixoloji hədd olan 100 rubldan aşağı düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, C2 və C1 kateqoriyalı yumurtanın qiyməti müvafiq olaraq 86 rubl və 90 rubl təşkil edib.
“Rosstat”ın məlumatına görə, 2023-cü ilin noyabr ayında Rusiyada toyuq yumurtası 15,1% bahalaşıb. İlin əvvəlindən 35,5%, illik ifadədə isə 40,3% bahalaşma müşahidə edilib.
Prezident Vladimir Putin isə vətəndaşların daha çox yumurta almağa başladığını, ancaq hökumətin vaxtında yumurta idxalını açmadığını, nəticədə, qiymətlərin artdığını bildirib.
Qeyd edək ki, 2024-cü il yanvarın 1-dən Rusiya qiymətləri sabitləşdirmək üçün tədarük həcmi 1,2 milyard ədədə qədər olan yumurta idxalında rüsumu sıfırlayıb. Bu qaydaların 30 iyun 2024-cü il tarixinədək qüvvədə olması nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top