
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraq Kürdüstanının inzibati mərkəzi Ərbil şəhərini atəşə tutması ilə əlaqədar İraq Xarici İşlər Nazirliyi Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Bu gün, yanvarın 16-da İraq Xarici İşlər Nazirliyi İranın Ərbil şəhərinə son zərbələri ilə əlaqədar Tehrandakı səfiri Nasir Əbdül Möhsünü məsləhətləşmələr üçün geri çağırıb”, – İraq Xarici İşlər Nazirliyinin rəsmi Teleqram kanalında dərc olunan məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz