"Roma" Mourinyonu istefaya göndərdi


İtaliyanın “Roma” klubu baş məşqçisi Joze Mourinyonu istefaya göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, portuqaliyalı mütəxəssisin 60 yaşı var. O, “Roma”ya 2021-ci ildən başçılıq edir. Mourinyonun rəhbərliyi altında komanda 2022-ci ildə ilk Konfrans Liqasının qalibi olub. Ötən mövsüm “Roma” Avropa Liqasının finalına yüksəlib, ancaq burada İspaniyanın “Sevilya” klubuna uduzub.
Mourinyo məşqçilik karyerası ərzində Portuqaliya “Portu” (2002-2004), İtaliyanın “İnter” (2008-2010), İngiltərənin “Çelsi” (2004-2007, 2013-2015), “Mançester Yunayted” (2016-2018) və “Tottenham” (2019-2021), İspaniyanın “Real” (2010-2013) komandalarına da rəhbərlik edib. “Çelsi” ilə birlikdə İngiltərə çempionatının və İngiltərə Liqa Kubokunun üçqat qalibi olub, həmçinin, İngiltərə Kubokunu və Super Kubokunu qazanıb. Portuqaliyalə məşqçi “Mançester Yunayted”lə Avropa Liqasının (2017) və İngiltərə Super Kubokunun (2016) qalibi olub.
Mourinyo ikiqat Çempionlar Liqasının qalibi (2004-cü ildə “Porto” və 2010-cu ildə “İnter”lə), UEFA kubokunun qalibi (2004), ikiqat Portuqaliya, ikiqat İtaliya və İspaniya çempionudur. 2017-ci ilin əvvəlində Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Mourinyonu Avropa futbolunda ən böyük rolu olan 10 ən böyük məşqçi siyahısına daxil edib.

DİGƏR XƏBƏRLƏR

Top