Tramp Ayovada ilkin seçkilərdə qalib gəldi


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ayova ştatında Respublikaçılar partiyasının kokuslarından sonra böyük qələbə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Respublikaçılar Partiyasının Ayova ştatının saytında dərc edilmiş səslərin 100%-nin hesablanmasının nəticələri sübut edir.
Səsvermənin nəticələrinə görə, Tramp Respublikaçılar Partiyasının tərəfdarlarından 51% səs toplayıb. İkinci yerdə 21,2% səslə Florida qubernatoru Ron DeSantis, üçüncü yerdə 19,1% səslə ABŞ-nin BMT-dəki keçmiş səfiri və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli gəlib. Heyli Trampı ştatın yalnız bir dairəsində məğlub edib. Qalan 98 dairədə ABŞ-nin keçmiş prezidenti lider olub.
İş adamı Vivek Ramasvami isə səslərin 7,7%-ni toplayıb. Ancaq o, ABŞ prezidentlik yarışından imtina etdiyini elan edib. O, qarşıdan gələn seçkilərdə Trampı dəstəkləmək niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu ilin noyabrında keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top