DSMF vergi borcu olan şirkətdən 315 minə Rusiya istehsalı olan avtobus alır?


Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, müsabiqənin qalibi “Ref Motors” MMC (VÖEN – 1403064391) olub.
DSMF qalib şirkətdən 314 min 706 manata bir ədəd avtobus alacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Ref Motors” MMC 16 mart 2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Ağayev Ədalət Cəlil oğludur.
“Ref Motors” MMC-nin rəsmi saytında yerləşdirilən məlumatlardan (https://refmotors.az/cardaz/cardbusaz.html ) belə görünür ki, şirkət hazırda Rusiya istehsalı olan 6 növ avtobus satır.
Onu da bildirək ki, “Ref Motors” MMC-nin hazırda dövlət büdcəsinə 18 min 7 manat 21 qəpik vaxtında ödənilməyən vergi borcu da var.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top