
Yanvarın 1-də xəstəxanaya yerləşdirilən ABŞnin müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilib.
Sənəddə deyilir ki, Ostin bazar ertəsi evə buraxılıb:
“Katib hələ də sağalır və həkimlərinin göstərişi ilə Pentaqona tam qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək”.
ABŞ Müdafiə Nazirliyindən sitat gətirilən həkimlərin sözlərinə görə, 2023-cü ilin dekabrında Ostinə diaqnozu qoyulan prostat xərçənginin müalicəsi uğurlu olub və onun sağalması üçün proqnoz əladır:
“Əlavə müalicə tələb olunmur. Nazirin tam sağalması gözlənilir”.