
Məşhur ispaniyalı ifaçı Xulio İqlesias Dominikan Respublikasının hava limanında saxlanılıb.
Yeniavaz.com “Euro Weekly News” portalına istinadən xəbər verir ki, sənətçi ilə insidentə səbəb onun baqajının içindəkilər olub.
Bildirilir ki, o, araşdırmalardan sonra sərbəst buraxılıb.
Jurnalistlərin verdiyi məlumata görə, əfsanəvi müğənni çamadanlarında çiyələk, pomidor və ispanaq da daxil olmaqla 40 kiloqramdan çox qida aparırmış. Yerli qanunvericiliyə uyğun olaraq, Dominikan Respublikasına təzə məhsulların idxalı qadağandır. Ölkənin gömrük xidmətinin nümayəndələri İqlesiasla bir neçə saat danışıblar.