
“Real Madrid”in və Braziliya milli futbol komandasının hücumçusu Vinisius Junior İspaniya Superkubokunun finalında “Barselona” ilə qarşılaşmada unikal nailiyyət əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Championat” portalı məlumat yayıb.
Məlumata görə, braziliyalı futbolçu 21-ci əsrdə ən sürətli “El Clasico” het-trikinə imza atıb. Ona rəqib qapısına 3 dəfə zərbə vurmaq üçün 32 dəqiqə lazım olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən finalda kral klubu çempion “Barselona”nı 4:1 hesabı ilə məğlub edib.
Qolları “Real Madrid” tərəfdən Vinisius Junior və Rodriqqo, "Barselona" tərəfdən isə Robert Levandovski vurub.