Mask prezidentliyə namizədlərdən hansına dəstək verəcəyini açıqladı


İlon Mask Respublikaçıların prezidentliyə namizədi, iş adamı Vivek Ramasvamiyə etimad etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi bu barədə “X” sosial şəbəkə hesabında məlumat verib.
Belə ki, Mask sosial şəbəkə hesabında istifadəçinin Ramasvamiyə etibar edib-etməməsi ilə bağlı sualına müsbət cavab verib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu ilin noyabrında keçiriləcək.
Hazırkı Amerika lideri Co Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istədiyini 2023-cü ilin aprelində açıqlayıb. Onun sələfi Donald Tramp isə seçki mübarizəsinə qoşulacağını 2022-ci ilin noyabrında bəyan edib. Tramp hazırda Respublikaçılar Partiyasından prezidentliyə namizədlər arasında favorit hesab olunur. Onun rəqibləri arasında Vivek Ramasvamidən başqa Florida qubernatoru Ron DeSantis və ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli də var.
Xatırladaq ki, bundan əvvəl Ramasvami İlon Maskın onun ideal vitse-prezidenti olacağını bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top