
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında döyüşlər zamanı daha bir hərbçisinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti IDF-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, İDF-nin 7-ci tank briqadasının 603-cü mühəndis batalyonunda xidmət edən 21 yaşlı baş çavuş Andualem Kabeda Qəzza zolağının cənubunda gedən döyüşdə həlak olub:
“O, Fələstinin radikal HƏMAS hərəkatına qarşı quru əməliyyatı zamanı həlak olan 188-ci əsgər olub”.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyası başlayandan bəri həlak olan İsrail əsgərlərinin ümumi sayı artıq 522-yə çatıb.