Paris Sikkəxanası 27 milyon sikkəni məhv etdi – Səhv dizayna görə


Paris Sikkəxanası Avropa Komissiyasının (AK) yeni avrosentlərin dizaynını təsdiqləməkdən imtina etdiyi üçün 27 milyon sikkəni məhv etmək məcburiyyətində qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “La Lettre” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu səhv dövlət büdcəsinə 1,2 milyon avro ziyan vura bilər.
AK sikkələrin dizaynını təsdiqləməkdən imtina etməsinin səbəbini sikkələrin üzərində Avropa İttifaqına (Aİ) üzv dövlətləri simvolizə edən ulduzların zəif görünməsi ilə izah edib.
Bu baxımdan zərbxana Avropa Komissiyasının istəklərini nəzərə alaraq vaxtından əvvəl zərb edilən 10, 20 və 50 avro sentlik bütün sikkələri məhv etməyə və yenilərini istehsal etməyə məcbur olub.
Məlumata görə, səhv zərb edilən sikkələrin həcmi zərbxananın illik istehsalının yalnız 2%-ni təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top