“Yaşlılar üçün süd içmək təhlükəli ola bilər”


“Süd tərkibinə görə yaşlı insanlar üçün təhlükəli ola bilər”.
Yeniavaz.com
“Veçernyaya Moskva”ya istinadən xəbər verir ki, bu barədə diyetoloq İrina Pisareva danışıb.
Pisarevanın sözlərinə görə, insanda uşaqlıqdan süd zülalına qarşı dözümsüzlük olmasa belə, 50 ildən sonra inkişaf edə bilər:
“Bundan əlavə, bu məhsulun qocalıqda rasiona daxil edilməsi xolesterol səviyyəsinin artmasına səbəb ola bilər. Süddə bədən üçün təhlükəli ola bilən palmitik turşu var - bu ferment bədəndə toplanır və sonradan aterosklerozun inkişafına təkan verə bilər”.
Pisareva vurğulayıb ki, bir çox böyüklər və uşaqlar laktoza həzm edən fermentdən məhrumdurlar, buna görə də süd içmək meteorizm, qarın ağrısı və ishala səbəb ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top