
Qəzza zolağında İsrail qüvvələrinin bombardmanları və atəşləri nəticəsində həlak olanların sayı 23,7 mini ötüb.
Yeniavaz.com “Al Hadath” telekanalına istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi tərəfindən məlumat verilib.
“Ötən ilin oktyabr ayının əvvəlindən bu günə qədər İsrailin təcavüzü nəticəsində sektorda 23 min 708 nəfər həlak olub”, - nazirlikdən bildirilib.
Səhiyyə Nazirliyi həmin dövrdə anklavda 60 mindən çox insanım xəsarət aldığını qeyd edib.
Nazirlik həmçinin bildirib ki, son 24 saat ərzində İsrailin Qəzzaya hücumları nəticəsində 151 fələstinli ölüb, 250-yə yaxın fələstinli yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz