
“Fənərbağça” klubu bir müddətdir transfer etmək istədiyi “Milan”ın yarımmüdafiəçisi Rade Kruniçin transferi ilə bağlı razılığın əldə edildiyini rəsmən açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fənərbağça” sosial şəbəkə hesablarında məlumat yayıb.
Klubdan verilən açıqlamada 30 yaşlı bosniyalı futbolçunun bu axşam İstanbula gələcəyi qeyd edilib.
“Ara transfer dövründə əsas komandamızı gücləndirmək üçün səylərini davam etdirən klubumuz yarımmüdafiəçi Rade Kruniç və klubu “Milan”la prinsipial razılığa gəlib. Futbolçu sağlamlıq müayinəsindən keçmək və əlavə danışıqlar aparmaq üçün bu gün İstanbula gələcək”, - deyə klubdan verilən açıqlamada bildirilib.