
Azərbaycan Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyevin vəzifəsindən azad edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, bu barədə müvafiq Sərəncam imzalanıb.
Qeyd edək ki, Heydər Piriyev 2022-ci ilin iyun ayında Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, bu gün Müdafiə Nazirliyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsinin ehtiyata və istefaya göndərilməsi barədə məlumat yayıb.
Həmçinin bir müddət əvvəl yerli KİV-də müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyevin ehtiyata buraxılması barədə məlumat yayılıb. Onun yerini isə xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin aldığı bildirilir.