Paşinyan Armen Abazyanı əvvəlki vəzifəsinə qaytardı – Yenilənib


Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl prezident Vaaqn Xaçaturyan tərəfindən vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanı yenidən vəzifəyə təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Armen Abazyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təyin edilsin”, - Paşinyanın sərəncamında bildirilib.
Qeyd edək ki, Armen Abazyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilərək yenidən təyin edilməsi “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna edilən dəyişikliklərlə şərtlənib. Belə ki, “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna dəyişikliklərdən sonra qanunun 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinləri hərbi xidmətdən azad edilərək dövlət vəzifəli şəxsləri kimi təyin edilirlər.

***15:02
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi ilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan prezident aparatının mətbuat xidməti məlumat yayıb.
“Baş nazirin təklifi əsasında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilsin”, - Xaçaturyanın sərəncamında qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top