
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
Qeyd edək ki, bir müddət əvvəl yerli KİV-də müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyevin ehtiyata buraxılması barədə məlumat yayılıb. Onun yerini isə xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin aldığı bildirilir.