
“ABŞ və Böyük Britaniyanın Yəməndəki “Ənsar Allah” hərəkatına (husilərə) qarşı həyata keçirdiyi zərbə özbaşınalıqdır, həmçinin Yəmənin suverenliyinin və ərazi bütövlüyünün pozulmasıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani nazirliyin “Telegram” kanalında bildirib.
Kənani, həmçinin Vaşinqton və Londonun bu cür hərəkətlərinin yalnız regionda qeyri-sabitliyin artmasına səbəb olacağını vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz