KİV: Husilərin 60-dan çox hədəfinə zərbə endirilib – Video


ABŞ və Böyük Britaniya hərbçiləri Yəməndə husilərin 60-dan çox hədəfinə zərbə endiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hədəflər husilərin Qırmızı dənizdəki gəmilərə hücum qabiliyyətini zəiflətmək üçün seçilib.
“Zərbələrin hədəfləri radar sistemləri, dronların, sursatlarən  olduğu anbarlar, ballistik və qanadlı raketlər və onların buraxılış yerləri olub. ABŞ 23 noyabr 2023-cü ildən Qırmızı dənizin sularına daxil olan təyyarə, gəmi və nüvə sualtı gəmilərindən zərbələr endirib”, - nəşr yazır.

Xatırladaq ki, Bu gecə ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin üsyançı hərəkatı “Ənsar Allah”ın (husilər) hədəflərinə hücum edib.

DİGƏR XƏBƏRLƏR

Top