
Əfqanıstanın şimal-şərqində 6,3 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 12 minə yaxın insanın yaşadığı Jurm yaşayış məntəqəsindən 41 km cənubda olub. Zəlzələ ocağı 188 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz