
İsrailin hərbi əməliyyatlarının üç aydan artıqdır davam etdiyi Qəzza zolağında köçkünlərin sayı 1,9 milyon nəfərə çatıb ki, bu da anklav əhalisinin 85%-dən çoxunu təşkil edir.
Yeniavaz.com “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.
“Məcburi köçkünlərin sayı 1,9 milyon nəfərə çatıb. Bu da Qəzza zolağının ümumi əhalisinin 85%-ni təşkil edir”, – deyə BMT strukturundan bildirilib.
Bu rəqəmlərə görə, Qəzza zolağında təxminən 1,4 milyon məcburi köçkün UNRWA-ya bağlı 155 düşərgədə yaşayır.
Digər tərəfdən, hərbi əməliyyatlar başlayandan UNRWA-nın 146 əməkdaşı həlak olub.