
Sosial şəbəkələrdə, həmçinin yerli KİV-də yayılan məlumatlara əsasən, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən muxtar respublikadakı ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin vahid uniformaya keçilməsi ilə bağlı göstəriş verilib.
Yeniavaz.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi iddialara münasibət bildirib.
“Nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan pedaqoji heyətin vahid uniformaya keçməsi barədə hər hansı qərar və ya tapşırıq verilməsi ilə bağlı yayılan məlumat dezinformasiyadır və həqiqəti əks etdirmir”, - qurumun yaydığı məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz