
““Əş-Şəbab” radikal qruplaşmasının yaraqlıları təcili eniş edən BMT helikopterinin ekipajını ələ keçirib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Moqadişudakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, helikopter mərkəzi Qalqudud bölgəsindəki Visil şəhərinə gedərkən təcili eniş etmək məcburiyyətində qaldıqdan sonra “Əş-Şəbab” helikopteri yandırıb və naməlum sayda ekipaj üzvünü əsir götürüb.
BMT hələlik hadisəni şərh etməyib.
Qeyd edək ki, “Əş-Şəbab” Somalinin bəzi hissələrinə nəzarət edir.