Rayonlarda yağıntılı hava davam edir – Faktiki hava

zaqatalaya 24 sm qar yağdı – faktiki hava
Yanvarın 10-u saat 18:00-a olan məlumata əsasən Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti  məlumat yayıb.
Belə ki, Quba, Qobustan, Yevlax, Kürdəmir, Şamaxı, Beyləqan, Gədəbəy, Hacıqabul, Mingəçevir, Naftalan, Şəmkir, Sabirabad, Xaltan, Zərdab, Daşkəsən, Goranboy, Yardımlı, Qax, Göygöl, Salyan, İmişli, İsmayıllı, Biləsuvar, Ağdam, Şəki, Cəfərxanda qar, Zaqatala, Gəncə, Göyçay, Lənkəran, Astara, Neftçala, Şərur, Ordubad, Culfa, Şahbuz, Oğuz, Balakəndə isə yağış yağıb.
Şəki, Quba, Oğuz, Xaltan, Daşkəsən, Lerik, Göygöl, Qax, Hacıqabul, Şamaxıda duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top