“Kocaelispor” Ramil Şeydayevi transfer etdi – KİV


Türkiyənin “Kocaelispor” klubunun Ramil Şeydayevi transfer etdiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.
Bildirilib ki, “yaşıl-qaralar” Tailandın “Buriram Yunayted” klubunun hücumçusu Ramil Şaydeyevlə razılıq əldə edib.
TFF I Liqa təmsilçisinin Azərbaycan millisinin oyunçusu ilə 1,5 illik müqavilə imzaladığı qeyd olunur. Ramil Şeydayevin “Manisa FK” matçından əvvəl komandaya qoşulacağı gözlənilir.
Qeyd edək ki, Ramil Şeydayev həm cinahlarda, həm də mərkəzdə çıxış edə bilir. 27 yaşlı futbolçu “Buriram Yunayted”lə keçirdiyi 16 matçda 1 qol vurub. Ancaq 2022-2023 mövsümündə o, ən parlaq dövrünü yaşayıb. Belə ki, “Qarabağ” və Azərbaycan millisinin heyətində ümumilikdə 59 rəsmi yarışda 24 qol vurub.
Xatırladaq ki, Ramil Şeydayev 2016-2018-ci illərdə Türkiyədə “Trabzonspor”un da formasını geyinib.

DİGƏR XƏBƏRLƏR

Top