Hazırda Bakıya sulu qar yağır.
Yeniavaz.com paytaxtda müşahidə olunan qarlı hava şəraitinin görüntülərini təqdim edir:
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.