
Enerji içkiləri həyat üçün təhlükə yarada bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə news.ru-ya cərrah Aleksandr Umnov məlumat verib.
O, aydınlaşdırıb ki, müxtəlif ölkələrdə həkimlər enerji içkilərinin yaratdığı aritmiya, infarkt və insultdan ölüm hallarını qeydə alıblar:
“Enerji içkilərinin nəzarətsiz istehlakı ishal və qusma, allergiya, mədə xoralarının kəskinləşməsi, həmçinin huşunu itirmə və bununla bağlı bədbəxt hadisələr riskini yaradır. Energetik içkilərin gündəlik istifadəsi ilə patoloji asılılığa çevrilə bilən asılılıq 3-6 ay ərzində inkişaf edə bilər. İçkinin tərkibində ürək-damar və sinir sistemini stimullaşdıran maddələrin həddən artıq yüksək dozası var: kofein və taurin”.
Həkim bildirib ki, energetik içkilər hamilə qadınların, süd verən anaların və 70 yaşdan yuxarı yaşlı insanların sağlamlığına mütləq zərər verə bilər. Həzm, ürək-damar, sinir sistemi və psixika xəstəlikləri olan insanlara tövsiyə edilmədi də vurğulanıb.
Tətbiqimizi yükləyə bilərsiniz