Ermənistanda daha bir hərbçi öldürüldü


Ermənistan Müdafiə Nazirliyinin mövqelərindən birində zabit meyiti aşkarlanıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə hərbi idarənin mətbuat xidməti məlumat yayıb.
“Yanvarın 9-da saat 11:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkar edilib”, - məlumatda deyilir.
Hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Qeyd edək ki, bu gün bu artıq ikinci haldır. Daha əvvəl səhər saatlarında Basarkeçər rayonundakı (Vardenis) xidməti postlardan birində çağırışçı əsgərlərdən biri ona təhkim edilmiş odlu silahdan eyni postda xidmət edən zabitlərdən birinə atəş açaraq öldürüb.

DİGƏR XƏBƏRLƏR

Top