Finlandiya Rusiya ilə sərhəddə keçid məntəqəsini açmayacaq

finlandiya rusiya ilə sərhəddə iki keçid məntəqəsini açdı
Finlandiya yanvarın 14-dən sonra Rusiya ilə sərhəddə keçid məntəqələrini açmayacaq.
Yeniavaz.com
xəbər verir ki, Finlandiyanın daxili işlər naziri Mari Rantanen bu barədə MTV3 telekanalının efirində bildirib.
Nazir qeyd edib ki, Rusiya ilə sərhəddə miqrantlarla bağlı vəziyyətdə heç bir dəyişiklik yoxdur, ona görə də sərhəd açıq olarsa, Rusiyanın oxşar fəaliyyətləri davam etdirməsi riski var.
Qeyd edək ki, Finlandiya hökuməti keçən il noyabrın 30-dan dekabrın 14-dək Rusiya Federasiyası ilə sərhəddəki bütün avtomobil buraxılış məntəqələrini bağlamaq qərarına gəlib. Lakin üçüncü ölkələrdən gələn miqrantların yenidən axını ilə əlaqədar olaraq, sərhəd 15 dekabr 2023-cü ildən 2024-cü il yanvarın 14-dək bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top