Ərdoğan 9-cu dəfə baba oldu


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9-cu nəvəsi dünyaya gəlib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, Ərdoğanın qızı Sümeyye Bayraktar ikinci övladını dünyaya gətirib.
Ərdoğan Sümeyye-Səlçuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib, nəvəsi və qızının sağlamlıq vəziyyəti ilə bağlı məlumat alıb. Körpəyə Asım Özdemir adının qoyulduğu bildirilib.
Ərdoğanı xəstəxanaya ziyarəti zamanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.
Qeyd edək ki, Prezident Ərdoğanın Esra-Berat Albayrak cütlüyündən 4, Bilal-Reyyan Ərdoğan cütlüyündən isə 3 nəvəsi var.

DİGƏR XƏBƏRLƏR

Top