
Türkiyə Rusiyaya 316,8 min ədəd yumurta göndərib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.
“Yanvarın 5-i Yaraq-Kazmalar keçid məntəqəsi vasitəsilə Türkiyədən Rusiyaya 316,8 min ədəd yumurta idxal edilib”, - məlumatda bildirilib.
Məlumata görə, məhsulların ümumi çəkisi 19,36 ton təşkil edib.
Qeyd edək ki, Rosselxoznadzor 29 dekabr 2023-cü il tarixindən etibarən Türkiyənin altı müəssisəsindən inkubasiya yumurtası tədarük etməyə başlayıb.
Xatırladaq ki, Azərbaycan da Rusiyaya dekabrın 19-da 612 min (36 ton), dekabrın 21-də 306 min (18 ton), dekabrın 24-də yenə 306 min (18 ton) ədəd yumurta tədarük edib.