
Ticarət sessiyası zamanı bitkoinin qiyməti 30 mart 2022-ci ildən bəri ilk dəfə olaraq 47 min dolları ötüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Coindesk” platformasında qeyd olunur.
Məlumata görə, bitkoinin qiyməti 6,33% artaraq 47 min 54 dollar təşkil edib.
Qeyd edək ki, bundan əvvəl ticarət sessiyası zamanı bitkoinin qiyməti 2022-ci il aprelin 4-dən bəri ilk dəfə olaraq 46 min dolları keçmiş, 6,23% artaraq 46 min 887 dollar təşkil etmişdi.
Xatırladaq ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir. Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü onun müəllifi (bəlkə də müəlliflər qrupu) tərəfindən nəşr edilib.