TƏBİB Perinatal Mərkəzdəki yanğınla bağlı məlumat yaydı


Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib və artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, yanğın hadisəsi ilə bağlı TƏBİB də məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunub.
“Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilib. 
Yenidoğulmuşlar, hamilə və zahı qadınlar təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyə olunur. Son məlumata əsasən, 60-a qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadınların) təxliyəsi reallaşıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top