“Bu ay Ermənistan və Azərbaycan delimitasiyası komissiyalarının iclası olacaq”


“Yanvarın sonunda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının növbəti iclasının keçirilməsi planlaşdırılır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.
Qriqoryanın sözlərinə görə, yeni görüşün keçirilməsi ilə bağlı razılıq var:
“Yanvarın 4-də Ermənistan sülh müqaviləsi ilə bağlı cavab təkliflərini Azərbaycana çatdırıb. Dekabrın sonunda Azərbaycandan təkliflər paketi daxil olub və iki həftə ərzində Ermənistan tərəfi öz sənədini göndərib”.
Xatırladaq ki, bundan əvvəlki görüş ötən il noyabrın 30-da baş tutub. Nümayəndə heyətlərinə iki ölkənin baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik ediblər.
 

DİGƏR XƏBƏRLƏR

Top