BƏƏ Prezidenti Azərbaycana rəsmi səfərə gəldi


Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Azərbaycana rəsmi səfərə gəlib.
Yeniavaz.com
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Daha sonra Prezident Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Ulu Öndərin xatirəsini yad edib, abidəsi önünə əkil qoyub.

DİGƏR XƏBƏRLƏR

Top