Roma Papası Azərbaycan və Ermənistanı sülhə çağırdı


Roma Papası Fransisk Azərbaycanla Ermənistanı sülhə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, o, bunu Müqəddəs Taxt-tacda (Vatikan nəzərdə tutulur) akkreditə olunmuş diplomatlara müraciətində bildirib.
Vatikan lideri tərəfləri sülh müqaviləsi bağlamağa səsləyib və Cənubi Qafqazdakı gərginlikdən narahatlığını ifadə edib.
Fransisk həmçinin ibadət yerlərinə hörmət edilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, Vatikan 180-dən çox dövlətlə, o cümlədən Azərbaycanla diplomatik əlaqələr qurub.

DİGƏR XƏBƏRLƏR

Top