Dominikan polisi “Survivor”a basqın etdi


Dominikan polisi məşhur teleaparıcı Acun Ilıcalının Türkiyədə yayımlanan şou-əyləncə-yarış proqramı “Survivor All Star”a basqın edib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə məşhur iş adamı Acun Ilıcalı məlumat verib.
“Bu yaşıma qədər belə bir şey görmədim”, - deyən Ilıcalı telefonuna zəng edildiyini və polisin komandasına basqın etməsinin xəbər verildiyini bildirib. Ilıcalının bu sözləri Türkiyə mediasında böyük əks-sədaya səbəb olub. Ilıcalı polisin Dominikanda “Survivor” komandasına ada məclisi zamanı əməliyyat təşkil etdiyini açıqlayıb.
“Mən bu yaşıma qədər belə bir şey görmədim. Telefona zəng gəlir. “Bəli” deyirəm. Mənə “Dominikan polisi əməliyyat keçirdi, adamlarımızı apardı” deyirlər”, - deyə tanınmış iş adamı bildirib.
Qeyd edək ki, məşhur simaların yarışdığı “Survivor All Star 2024” keçən həftə start götürüb. Tele-şou Azərbaycanda da kifayət qədər populyardır.

DİGƏR XƏBƏRLƏR

Top