Prezident olmaq istəyən şəxs MSK-nı məhkəməyə verdi


Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizəd kimi iştirak etmək istəyən 17 nəfərdən biri – Kərimov Sərvan İdris oğlu Mərkəzi Seçki Komissiyası (MSK) barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın icraatına verilib. 
Bildirilir ki, məhkəmə iddiası seçki hüquqlarının müdafiəsi ilə bağlıdır.
Qeyd edək ki, Kərimov Sərvan İdris oğlu 1958-ci ildə Füzuli rayonunun Yuxarı Əbdülrəhmanlı kəndində anadan olub. 1976-cı ildə Memarlıq və İnşaat Universtetinin Mexanika fakultəsinə daxil olub. 1984-cü ildən 14 saylı Füzuli Yol Tikinti idarəsində Baş mexanik şöbəsinin müdiri olub. Hazırda təqaüdçü olan Sərvan Kərimov Bakıda yaşayır.

Sərvan Kərimov

MSK Sərvan Kərimovun prezidentliyə namizədliyi ilə bağlı müraciətini qəbul edib. Sərvan Kərimov ötən gün MSK-nın binası qarşısında etiraz bəyanatı ilə çıxış edib. Bildirib ki, son bir həftənin ölkədə iş günü olmaması səbəbindən prezidentliyə namizəd kimi qeydə alınmaq üçün tələb olunan 40 min imzanı qısa zamanda toplamaq mümkün deyil.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top